Bank Of Baku

Magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsi keçirilib

Magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsi keçirilib
# 04 may 2009 08:10 (UTC +04:00)
Bakı-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 3-də cari tədris ili üçün ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsini keçirib. TQDK-dan APA-ya verilən məlumata görə, birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən, məntiqi təfəkkürü yoxlayan testdən topladığı bal 20-dən, informatika üzrə testdən topladığı bal 10-dan, xarici dili bilmə səviyyəsini yoxlayan testdən topladığı bal 10-dan az olmayan bakalavrlar ikinci mərhələyə buraxılırlar. İkinci mərhələyə buraxılan bakalavrlar müəyyən olunacaq tarixdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun proqramı və ixtisasları seçərək təsdiq edəcəklər. Bu zaman hər bir bakalavra müxtəlif dövlət və qeyri-dövlət ali məktəblərinin təhsili ödənişsiz və ödənişli əsaslarla olan 10-dək ixtisas kodunu seçmək hüququ veriləcək. Seçilmiş ixtisaslar eyni bir qəbul proqramına aid olmalıdır. İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR