Bank Of Baku

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edilib

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edilib
# 04 may 2009 08:18 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2009/2010-cu tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (Universitetinə) Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (Universitetinə) (MDBƏİ) Azərbaycan Respublikası vətəndaşları üçün 3 yer ayrılıb.
TQDK həmin yerlərə müsabiqə elan edib. Müsabiqədə iştirak etmək istəyən abituriyentlər Azərbaycan Respublikası ali məktəblərinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları “Elektron ərizə”ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak etmək hüququna attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər. Ali məktəb tələbəsi və ya məzunu olan şəxslər bu imtahanda iştirak etmək hüququna malik deyillər. Test imtahanı 2009-ci il mayın 15-də keçiriləcək. Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplayan abituriyentlər müsahibəyə buraxılacaqlar. Müsahibə mayın 16-da keçiriləcək. Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq. İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində 27 iyun – 4 iyul tarixlərində aparılacaq. Bu mərhələdə abituriyentlər seçdikləri fakültədən asılı olmayaraq rus və ingilis dillərindən test imtahanı verəcəklər. “Beynəlxalq iqtisadı əlaqələr fakultəsi”nə qəbul olmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər.

Azərbaycan Respublikasının vətəndaşları MDBƏİ-yə qəbul olduqları təqdirdə 2009/2010-cu tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak etmək hüququnu itirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR