Bank Of Baku

Azərbaycanın orta məktəblərində buraxılış imtahanları dörd bölgədə keçiriləcək

Azərbaycanın orta məktəblərində buraxılış imtahanları dörd bölgədə keçiriləcək
# 04 may 2009 09:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın orta məktəblərində buraxılış imtahanları iyunun əvvəlindən 16-na qədər dörd bölgədə keçiriləcək. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bildirib. Onun sözlərinə görə, nazirlik buraxılış imtahanları ilə bağlı ciddi hazırlıq işləri aparır. M. Mərdanov deyib ki, 2008-2009-cu tədris ilinin imtahanları ilə bağlı iyunun əvvəlində nazirlikdə geniş mətbuat konfransı keçiriləcək: “Çalışacağıq ki, mətbuat nümayəndələri imtahanların daha şəffaf həyata keçirilməsində əvvəlki illərdən fərqli olaraq yaxından və birbaşa iştirak etsinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR