Bank Of Baku

“Gənc kompüter istedadları” I respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Gənc kompüter istedadları” I respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 04 may 2009 10:13 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Məktəblilər arasında “Gənc kompüter istedadları” I respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsinin səmərəliliyini artırmaq, yeni informasiya texnologiyalarının təhsil prosesinə tətbiqi işini aktivləşdirmək, istedadlı gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək məqsədilə ciddi iş aparıldığını deyib. O, müsabiqədə iştirak üçün 114 ərizə verildiyini, müxtəlif nominasiyalar üzrə 70 layihə təqdim edildiyini, layihələrin münsiflər heyəti tərəfindən araşdırıldığını, 4 nominasiya üzrə 42 layihənin yekun tura buraxıldığını və 17 layihənin qalib seçildiyini bildirib. M. Mərdanov 4 layihənin birinci, 5 layihənin ikinci, 8 layihənin isə üçüncü yerə layiq görüldüyünü söyləyib. Qaliblər xüsusi diplom və hədiyyələr, final mərhələsinin bütün iştirakçıları isə sertifikatlarla mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR