Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda yaradılan Avtomatlaşdırılmış İdarəetmə Sisteminin təqdimatı keçirilib

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda yaradılan Avtomatlaşdırılmış İdarəetmə Sisteminin təqdimatı keçirilib
# 04 may 2009 10:22 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bakıda “Dövlət Sosial Müdafiə Fondunun potensialının gücləndirilməsi” layihəsi çərçivəsində yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sisteminin təqdimatı keçirilib. APA-nın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov layihənin 2003-cü ilin sentyabrında BMT-nin İnkişaf Proqramı ilə imzalanmış saziş əsasında həyata keçirildiyini deyib. O bildirib ki, hazırda sazişin beşinci mərhələsi reallaşdırılır və bu mərhələnin məqsədi DSMF-nin bütün yerli şöbələrində Avtomatlaşdırılmış İdarəetmə Sistemindən səmərəli istifadəni təmin etməkdir.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Bruno Pueza isə bəyan edib ki, təmsil etdiyi qurum Azərbaycan hökumətinin bir neçə il əvvəl ölkənin pensiya-sığorta sisteminin XXI əsrin tələblərinə uyğunlaşdırılmasına yardım göstərilməsi ilə bağlı müraciətinə çox həvəslə cavab verib. O, Azərbaycanda bu sahə üzrə aparılan islahatlardan razı qaldığını söyləyib: “Biz ölkənin texniki ehtiyaclarını ödəməyə yardımçı oluruq. Büdcə baxımından dəstəyimiz çox olmayıb. Biz Azərbaycana model təcrübələr barədə məlumatlar veririk. Bir müddət əvvəl Azərbaycan model kimi Baltikyanı ölkələrə nəzər salırdısa, indi Azərbaycanın özü nümunəvi ölkədir. Bu, görülən işlərin nəticəsidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR