Bank Of Baku

Azərbaycan hökuməti pensiyanın baza hissəsinin artırılması məsələsinə ilin ikinci yarısında baxa bilər

Azərbaycan hökuməti pensiyanın baza hissəsinin artırılması məsələsinə ilin ikinci yarısında baxa bilər
# 04 may 2009 10:26 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycanda pensiyanın baza hissəsinin artırılması məsələsinə ilin ikinci yarısında baxıla bilər. APA-nın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov deyib. DSMF sədrinin sözlərinə görə, ölkədə inflyasiya defilyasiya ilə əvəzlənsə belə, pensiyanın azaldılması nəzərdə tutulmur. Pensiyanın baza hissəsinin artırılması isə inflyasiya ilə bağlıdır: “Qanunda da yazılıb ki, pensiyanın baza hissəsi inflyasiya faizindən aşağı olmayaraq, ildə ən azı, bir dəfə artırılmalıdır. Amma biz hələlik müzakirələr aparırıq və yəqin ki, pensiyanın baza hissəsinin artırılması məsələsinə ilin ikinci yarısında baxılacaq”.

S. Müslümov bildirib ki, dünya iqtisadiyyatında baş verən böhran qiymətlərin düşməsinə təsir edir. Bu isə inflyasiyanın səviyyəsinin düşməsinə şərait yaradır: “Amma bizim büdcə proqnozlarımız kifayət qədər əsaslandırılmış və balanslaşdırılmış formadadır. Üstəlik ötən ildən 112 milyon manat istifadə edilməmiş qalığımız qalıb. Düzdür, bu vəsaitin 37 milyon manatı bizim deyil. Ancaq yerdə qalan məbləğ pensiyanın artım hissəsinin maliyyələşməsi üçün yetərlidir. Hər halda bu məsələ hökumət səviyyəsində geniş müzakirə ediləcək və yekun qərar veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR