Bank Of Baku

AŞ PA-nın miqrasiya, əhali və qaçqınlar üzrə məruzəçisi Con Qrinveyin Azərbaycana səfər proqramı bəlli olub

AŞ PA-nın miqrasiya, əhali və qaçqınlar üzrə məruzəçisi Con Qrinveyin Azərbaycana səfər proqramı bəlli olub
# 04 may 2009 11:21 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) miqrasiya, əhali və qaçqınlar üzrə məruzəçisi, britaniyalı Con Qrinvey mayın 6-da Azərbaycana gələcək. Avropa Şurasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, C. Qrinvey mayın 7-də prezident İlham Əliyev, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin sədri Oqtay Əsədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, ombudsman Elmira Süleymanova və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcək. O, Bakı və Sumqayıtda məcburi köçkünlərin yaşadığı yerlərə də baş çəkəcək. C. Qrinvey mayın 8-də Bakıda mətbuat konfransı keçirəcək. Səfərin nəticələri onun hazırlayacağı “Avropada uzunmüddətli məcburi köçkünlərin hüquqlarının müdafiəsi” adlı məruzədə əks olunacaq. Məruzənin sentyabr ayına qədər hazır olacağı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR