Bank Of Baku

Azay Quliyev Praqada keçiriləcək Vətəndaş Cəmiyyəti Forumunda iştirak edəcək

Azay Quliyev Praqada keçiriləcək Vətəndaş Cəmiyyəti Forumunda iştirak edəcək
# 04 may 2009 11:28 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev mayın 5-6-da Çexiyanın paytaxtı Praqada Avropa Komissiyasının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində təşkil edilən Vətəndaş Cəmiyyəti Forumunda iştirak edəcək. Şuranın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və başqa ölkələrin vətəndaş cəmiyyəti təmsilçilərinin, dövlət və hökumət rəsmilərinin qatılacağı forumda “Şərq tərəfdaşlığı” çərçivəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə ediləcək. Bu istiqamətlər ümumi dəyərlər üzrə əməkdaşlığın yaradılması, münaqişələrin həlli, iqtisadi inteqrasiya, qonşulararası əməkdaşlıq, enerji təhlükəsizliyi və digər sahələrdən ibarətdir .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR