Bank Of Baku

Yaponiyanın yardımı ilə Azərbaycanda daha 3 layihə həyata keçirilib

Yaponiyanın yardımı ilə Azərbaycanda daha 3 layihə həyata keçirilib
# 04 may 2009 12:10 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardım proqramı çərçivəsində həyata keçirilmiş 3 layihənin başa çatması münasibətilə açılış mərasimləri keçiriləcək. Yaponiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, mayın 5-də Bərdənin iki kəndində inşa edilmiş içməli su təchizatı sistemlərinin və Ağcabədinin Hüsülü kəndində inşa edilmiş tibb məntəqəsinin açılışı olacaq. Bərdədə həyata keçirilmiş layihənin ümumi dəyəri 87.780, Ağcabədidə həyata keçirilmiş layihənin dəyəri 87.977 ABŞ dollarıdır. Mayın 6-da isə Gəncədə Təcili Tibbi Yardım Xəstəxanasının bərpa olunmuş reanimasiya şöbəsinin açılışı keçiriləcək. Bu layihəyə 88.000 dollar xərclənib. Açılış mərasimlərində Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki, şəhər və rayon rəhbərləri iştirak edəcəklər.

Qeyd edək ki, 2000-ci ildən Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardım proqramı çərçivəsində Azərbaycanda 115 layihə həyata keçirilib. Bu layihələrə 8.070.000 ABŞ dolları xərclənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR