Bank Of Baku

İordaniyanın Minalardan Təmizləmə və Reabilitasiya üzrə Milli Komitəsinin sədri Horadizdə azərbaycanlı mütəxəssislərlə görüş keçirib

İordaniyanın Minalardan Təmizləmə və Reabilitasiya üzrə Milli Komitəsinin sədri Horadizdə azərbaycanlı mütəxəssislərlə görüş keçirib
# 04 may 2009 12:50 (UTC +04:00)
Füzuli. Teymur Zahidoğlu-APA. İordaniyanın Minalardan Təmizləmə və Reabilitasiya üzrə Milli Komitəsinin sədri, Şahzadə Mired Raad əl-Hüseyn bu gün Füzuli rayonunun Horadiz şəhərinə səfər edib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Mired Raad əl-Hüseyn və onu müşaiyət edən nümayəndə heyəti Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyatlar apardığı Füzuli rayonu ərazisində mina və partlamamış sursatlardan təmizlənmiş sahələrlə tanış olublar. Onlara azərbycanlı mütəxəssislərin əllə, mexaniki təmizləmə maşınlarının və minaaxtaran itlərin köməkliyi ilə apardığı təmizləmə əməliyyatları haqda məlumat verilib.
Qonaqlar ANAMA-nın Təlim, Tədqiqat və Keyfiyyətə Təminat Qurumu (TTKTQ) tərəfindən keçirilən təlimlər və xüsusi tədqiqat prosedurlarının tətbiqi haqda da məlumatlandırılıb. Şahzadə Mired Raad əl-Hüseynlə Azərbaycana səfəri çərçivəsində ANAMA-nın baş qərərgahında da görüş keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR