Bank Of Baku

“Azərbaycanın palçıq vulkanlarının püskürmə kataloqu (1810-2007)” nəşr edilib - FOTO

“Azərbaycanın palçıq vulkanlarının püskürmə kataloqu (1810-2007)” nəşr edilib - <font color=red>FOTO</font>
# 04 may 2009 12:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu “Azərbaycanın palçıq vulkanlarının püskürmə kataloqu (1810-2007)”nu nəşr etdirib. İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəşrin müəllifləri akademik İbrahim Quliyev, geologiya-mineralogiya elmləri doktorları Adil Əliyev və Rahid Rəhmanovdur. “Nafta-Press” nəşriyyatında çap edilmiş kitab ingilis və rus dillərindədir. Kitabda Azərbaycandakı vulkanların püskürmə tarixinin xronoloji ardıcıllığı, palçıq vulkanizmi, vulkanların yer üzərinə çıxardığı materiallar və s. haqda da məlumatlar öz əksini tapıb.
Qeyd edək ki, kitab Azərbaycanda palçıq vulkanlarının püskürmə tarixinə aid ikinci nəşrdir. 2001-ci ilin nəşrindən fərqli olaraq bura xeyli əlavələr və redaktələr olunub.
Xatırladaq ki, palçıq vulkanlarının diyarı hesab edilən Azərbaycanda 350-yə yaxın vulkan aşkar edilib. Son 200 ildə Azərbaycan ərazisindəki palçıq vulkanlarından 93-nün 387 dəfə püskürməsi faktı qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR