Bank Of Baku

Azərbaycan ərazisində havanın temperaturu yüksələcək

Azərbaycan ərazisində havanın temperaturu yüksələcək
# 04 may 2009 13:05 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, mayın 5-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-qərb küləyinə keçərək arabir güclənəcək. Havanın temperaturu gecə 10-13, gündüz 21-24 dərəcə isti olacaq. Mayın 6-da hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq. Cənub-qərb, qərb küləyi əsəcək, arabir güclənəcək, axşam şimal-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə 10-13, gündüz 21-25 dərəcə isti olacaq. Yarımadanın bəzi yerlərində isə temperatur 29 dərəcəyədək yüksələcək.

Azərbaycanın rayonlarında mayın 5-də gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq. Cənubi-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 11-15, gündüz 22-27 dərəcə isti olacaq. Mayın 6-da hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin mayın 6-da axşam və gecə bəzi dağ və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 10-15, gündüz 25-30 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR