Bank Of Baku

Bakı Şəhər İcra Hakimiyyəti: “Gül bayramı” təxirə salınmayacaq

Bakı Şəhər İcra Hakimiyyəti: “Gül bayramı” təxirə salınmayacaq
# 04 may 2009 13:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Mayın 10-da keçiriləcək “Gül bayramı”nın təxirə salınması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə heç bir müraciət daxil olmayıb”. Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Zaur Ramazanov deyib. Onun sözlərinə görə, belə bir təklif daxil olmadığına və məsələ müzakirə edilmədiyinə görə bayramın təxirə salınması nəzərdə tutulmur. Z. Ramazanov bildirib ki, artıq “Gül bayramı”na hazırlıq işləri başlanıb və mayın 10-da bayram yüksək səviyyədə keçiriləcək. Şöbə müdiri bayramın Heydər Əliyev Sarayının qarşısındakı Heydər Əliyev Parkında, həmçinin paytaxtın 11 rayonunun hər birinin mərkəzi parklarında təşkil ediləcəyini vurğulayıb.

Z. Ramazanov “Gül bayramı”nın keçirilməsi üçün 20 milyon manat vəsaitin xərclənməsi barədə məlumatların da doğru olmadığını qeyd edib: “Bayramın keçirilməsi üçün bundan yüz dəfələrlə az vəsait xərclənir”.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Akademiyasında aprelin 30-da baş vermiş faciə ilə əlaqədar olaraq, “Gül bayramı”nın təxirə salınması ilə bağlı ayrı-ayrı şəxslər tərəfindən təkliflər səslənir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR