Bank Of Baku

Heydər Əliyev Fondu Neft Akademiyasında baş vermiş hadisədə həlak olanların hər birinin ailəsinə 15 min, ağır xəsarət alanların hər birinə isə 5 min manat ayırıb

Heydər Əliyev Fondu Neft Akademiyasında baş vermiş hadisədə həlak olanların hər birinin ailəsinə 15 min, ağır xəsarət alanların hər birinə isə 5 min manat ayırıb
# 04 may 2009 15:05 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı hadisə zamanı doğma insanlarını itirən ailələrə başsağlığı göndərib, bu sarsıntını onlarla birgə yaşadığını qeyd edib, həlak olanlara rəhmət diləyib. Fonddan APA-ya verilən məlumata görə, M. Əliyeva hadisə zamanı xəsarət alan və müxtəlif tibb müəssisələrində müalicə kursu keçən yaralıların səhhəti ilə də maraqlanıb.

Faciəli hadisə ilə əlaqədar yardım göstərilməsi məqsədilə həlak olanların hər birinin ailəsinə Heydər Əliyev Fondu tərəfindən 15 min manat, ağır xəsarət alanların hər birinə isə 5 min manat məbləğində pul vəsaiti ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR