Bank Of Baku

Şərqşünaslıq İnstitutunda alman şərqşünasla görüş keçirilib

Şərqşünaslıq İnstitutunda alman şərqşünasla görüş keçirilib
# 04 may 2009 16:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda alman şərqşünas alimi, tarixçi və türkoloq Udo Ştaynbaxla görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə çıxış edən İnstitutun direktoru Gövhər Baxşəliyeva qonağa 51 illik tarixi olan Şərqşünaslıq İnstitutunun elmi fəaliyyət istiqamətləri barədə danışıb.
Daha sonra Udo Ştaynbax özü haqqında danışaraq, 30 il Almaniyada Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyini, tədqiqatçı fəaliyyətinə klassik şərqşünaslıqdan başladığını və sonradan müasir dövrlərlə bağlı araşdırmalara keçdiyini söyləyib. U. Ştaynbax Türkiyə, İran, Pakistan, Əfqanıstan və digər şərq ölkələri ilə bağlı tədqiqatlar apardığını qeyd edib: “Son zamanlar diqqətimizi Qafqaz və mərkəzi Asiya regionuna yönəltmişik. Eləcə də Almaniyada yaşayan Şərq xalqları nümayəndələri də diqqətimizdədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR