Bank Of Baku

Şəkiyə palçıqlı yağış yağıb

Şəkiyə palçıqlı yağış yağıb
# 05 may 2009 08:51 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Bu gün səhər saatlarında Şəkiyə palçıqlı yağış yağıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Səki rayon sakinləri məlumat verib. Rayon sakinlərinin sözlərinə görə, saat 9.10-dan başlanan yağış 10.20 radələrinə kimi davam edib. Yağıntı zamanı küçədə olan şəxslərin geyimlərinin, maşınların və ağacların yarpaqlarının sarı rəngli örtüklə örtüldüyü bildirilib. Şəki rayon Hidrometeorologiya Stansiyasından APA-ya verilən açıqlamada bildirilib ki, yağışın tərkibinin nədən ibarət olmasının müəyyənləşdirməkdə çətinlik yaranıb. Bu barədə Respublika Hidrometeorologiya Mərkəzinə xəbər verildiyi bildirilib. Məlumata görə, yağışın tərkibini müəyyənləşdirmək üçün yağan yağıntıdan xüsusi nümunə götürülüb və analiz üçün Respublika Hidrometeorologiya Mərkəzinin laboratoriyasına göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR