Bank Of Baku

Saatlının 3 kəndində yeni quraşdırılmış modul tipli sutəmizləyici qurğuların açılışı olub

Saatlının 3 kəndində yeni quraşdırılmış modul tipli sutəmizləyici qurğuların açılışı olub
# 05 may 2009 09:32 (UTC +04:00)
Bakı-APA. Saatlı rayonunun Dəllər, Mustafabəyli və Fətəlikənd kəndlərində yeni quraşdırılmış modul tipli sutəmizləyici qurğuların açılış mərasimi keçirilib. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, bu gün quraşdırılan “Hyundai” şirkətinin istehsalı olan ən müasir “osmos” texnologiyalı sutəmizləyici qurğuların fəaliyyəti nəticəsində Dəllər kəndinin 2150 nəfər əhalisi gün ərzində 40 m3 sutəmizləmə gücünə malik 11 bulaq, Mustafabəyli kəndinin 2169 nəfər əhalisi gün ərzində 50 m3 sutəmizləmə gücünə malik 8 bulaq, Fətəlikənd kəndinin 2832 nəfər əhalisi isə gün ərzində 50 m3 sutəmizləmə gücünə malik 9 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR