Bank Of Baku

Dövlət Sosial Müdafiə Fondu 1941-1945-ci illər müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılmasını təmin edib

Dövlət Sosial Müdafiə Fondu 1941-1945-ci illər müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılmasını təmin edib
# 05 may 2009 10:17 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Dövlət Sosial Müdafiə Fondu prezident İlham Əliyevin bu il aprelin 27-də imzaladığı “1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə” sərəncamı əsasında birdəfəlik yardımın şamil olunan şəxslərə çatdırılması həyata keçirilib. Fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev APA-ya deyib ki, sərəncama uyğun olaraq ayrılan məbləğ həmin şəxslərin hesablarına köçürülüb. Sərəncam ümumilikdə 42639 nəfərə şamil olunub. Bunlardan 5368 nəfəri bilavasitə müharibə iştirakçılarıdır və sərəncama əsasən onlara 150 manat məbləğində birdəfəlik yardım göstərilib. Müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına 100 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bu kateqoriyaya aid olan şəxslərin sayı isə 37 271 nəfərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR