Bank Of Baku

“İstixana qazlarını azalda bilərik” adlı beynəlxalq müsabiqənin milli mərhələsinin qalibləri mükafatlandırılıb

“İstixana qazlarını azalda bilərik” adlı beynəlxalq müsabiqənin milli mərhələsinin qalibləri mükafatlandırılıb
# 05 may 2009 10:40 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Norveç Təbiəti Mühafizəsi Cəmiyyətinin “Enerji və resurslardan səmərəli istifadə” məktəbli proqramının (SPARE) təşkilatçılığı, Azərbaycanın Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi ilə 2008-2009-cu dərs ilində “İstixana qazlarını azalda bilərik” şüarı altında keçirilən beynəlxalq müsabiqənin milli mərhələsində fərqlənən məktəblilərin, şagird və müəllim işlərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, “Enerji və resurslardan səmərəli istifadə” məktəbli proqramının koordinatoru Nailə İsmayılova deyib ki, SPARE milli ekoloji qeyri-hökumət təşkilatlarının şəbəkəsidir. 1996-cı ildən fəaliyyət göstərən şəbəkənin əsas məqsədi məktəbliləri qlobal ekoloji problemlərin müzakirəsindən praktik işlərə təşviq etməklə onlara təbii ehtiyatlardan, enerjidən səmərəli istifadə məsuliyyətini aşılamaqdır. N. İsmayılova bildirib ki, “İstixana qazlarını azalda bilərik” müsabiqəsində Bakı da daxil olmaqla, ölkənin 10 şəhər və rayonu əhatə olunub. Ümumilikdə müsabiqəyə 4 nominasiya üzrə 48 iş təqdim edilib. Münsiflər heyəti 15 ən maraqlı işdən 5-ni müsabiqənin beynəlxalq mərhələsində iştirak üçün tövsiyə edib.

Təhsil nazirinin müavini İsgəndər İsgəndərov Azərbaycanda layihənin şəbəkəsinin daha da genişlənəcəyinə ümid etdiyini söyləyib: “Bu layihə onu göstərir ki, Azərbaycan intellektual şagirdlər var və ölkədə təhsilin səviyyəsi də yüksəkdir”.

Norveçin Azərbaycandakı səfiri Yan Romberq isə qeyd edib ki, SPARE Norveç hökumətinin Azərbaycanda həyata keçirdiyi uğurlu proqramlardan biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR