Bank Of Baku

Azərbaycanda ünvanlı sosial yardımla bağlı ailələrin orta aylıq gəlirlərinin hesablanması qaydaları dəyişdiriləcək

Azərbaycanda ünvanlı sosial yardımla bağlı ailələrin orta aylıq gəlirlərinin hesablanması qaydaları dəyişdiriləcək
# 05 may 2009 11:38 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycanda “Ailələrin orta aylıq gəlirlərinin hesablanması qaydaları”na ünvanlı sosial yardımla bağlı əlavə və dəyişikliklərin edilməsi üçün təkliflər hazırlanır. Bu barədə APA-ya məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yoxsulluq problemləri və sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov bildirib ki, qaydalara dəyişiklərin edilməsi Dünya Bankının Azərbaycanda ünvanlı sosial yardım mexanizminin qiymətləndirilməsi ilə bağlı keçirdiyi monitorinqdən sonra qərara alınıb.

N. Qasımov sözlərinə görə, yeni dəyişikliklər ünvanlı sosial yardım alan ailələrin mənafeyinə xidmət edəcək. Yeni dəyişikliklərdə ailənin orta aylıq gəlirinin hesablanmasının sadələşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, ailənin ev quşları, mal-qaradan əldə etdiyi cüzi gəlirlərin ailənin orta aylıq gəlirinin hesablanması zamanı nəzərə alınmayacağı gözlənilir.

Dəyişikliklər əsasında ailənin ev quşları və mal-qaradan əldə etdiyi gəlirlə bağlı müəyyən həddin qoyulması da mümkündür. Yeni qaydalar tətbiq edildikdən sonra daha çox aztəminatlı ailə ünvanlı sosial yardım ala bilər. Ən başlıcası isə bu dəyişiklik ailənin alacağı ünvanlı sosial yardımın məbləğinin artmasına imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR