Bank Of Baku

Mərkəzi Neftçilər Xəstəxanasının tibb personalı Naxçıvana gedib

Mərkəzi Neftçilər Xəstəxanasının tibb personalı Naxçıvana gedib
# 05 may 2009 12:09 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Mərkəzi Neftçilər Xəstəxanasının 17 nəfərlik həkim briqadası Naxçıvan Muxtar Respublikasındadır. Tibb personalı bu gündən cərrahiyyə əməliyyatı və müayinələrə başlayıb. Xəstəxananın şöbə müdiri Kənan Yusifzadənin APA-nın yerli bürosuna verdiyi məlumata görə, Naxçıvan Diaqnostika Müalicə Mərkəzində 2 gün ərzində 50-yə qədər müayinənin, 30-a qədər cərrahiyyə əməliyyatının həyata keçirilməsi nəzərdə tutulur. Müalicə və müayinələr göz, qarın boşluğu, nəfəs və qida yollarında müxtəlif xəstəliklərdən əziyyət çəkən xəstələr üzərində aparılır.
Briqadanın budəfəki səfəri zamanı Naxçıvan MR-də ilk dəfə olaraq endoskopik urologiya sahəsində cərrahiyyə əməliyyatı da icra olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR