Bank Of Baku

Azərbaycanda 2013-cü ildə ehtiyac meyarının həddi yaşayış minimumuna çatdırılacaq

Azərbaycanda 2013-cü ildə ehtiyac meyarının həddi yaşayış minimumuna çatdırılacaq
# 05 may 2009 13:08 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 2010-cu il üçün ehtiyac meyarının həddinin artırılması məqsədilə “2010-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinə əlavə və dəyişikliklərin edilməsi üçün təkliflərini hökumətə avqustda təqdim edəcək. Nazirliyinin yoxsulluq problemləri və sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov APA-ya bildirib ki, hazırda 60 manat həcmində olan ehtiyac meyarı gələn il 5-10 manat artırıla bilər. Bu il ərzində isə hökumətdə ehtiyac meyarının artırılması məsələsinə baxmaq nəzərdə tutulmur.

N. Qasımovun sözlərinə görə, hazırda ƏƏSMN iqtisadi qurumlarla birgə Azərbaycanda ehtiyac meyarının həddinin yaşayış minimumuna çatdırılması məsələsinə baxır. İlkin variant kimi 2013-cü ildə ehtiyac meyarının həddinin yaşayış minimumuna çatdırılması planlaşdırılır. Ehtiyac meyarının artırılması istiqamətində mütəmadi iş aparıldığını deyən şöbə müdirinin sözlərinə görə, ehtiyac meyarının 84 manata çatdırılması nəzərdə tutulur. “Ehtiyac meyarı yaşayış minimumuna çatdırıldıqdan sonra artıq ehtiyac meyarı termini olmayacaq. Adətən, inkişaf etmiş ölkələrdə əvvəl ehtiyac meyarı olur, daha sonra isə bu, tədricən yaşayış minimumuna söykənir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR