Bank Of Baku

“Təbii sərvətlərimizə sahib çıxaq, ətraf mühitimizi qoruyaq” mövzusunda elmi konfrans keçirilib

“Təbii sərvətlərimizə sahib çıxaq, ətraf mühitimizi qoruyaq” mövzusunda elmi konfrans keçirilib
# 05 may 2009 14:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə “Təbii sərvətlərimizə sahib çıxaq, ətraf mühitimizi qoruyaq” mövzusunda elmi konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən YAP Gənclər Birliyinin sədri Ramil Həsənov bildirib ki, rəhbərlik etdiyi təşkilat ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə bağlı çoxşaxəli proqram gerçəkləşdirib. Aprelin 15-dən başlayan tədbirlər çərçivəsində tələbə gənclər arasında məqalə müsabiqəsi keçirilib. Gəncə, Lənkəran, Yevlax, Şəki və Quba şəhərlərində gənclər arasında ekoloji tarazlıq, ətraf mühitin qorunması, qlobal istiləşmə kimi mövzularla bağlı treninq kurslar keçirilib. R. Həsənov bildirib ki, layihə çərçivəsində keçirilən məqalə müsabiqəsinin qalibləri olmuş ilk üç yerin sahibinə və 15 həvəsləndirici mükafatın qalibinə YAP Gənclər Birliyinin və ETSN-nın qiymətli hədiyyələri təqdim olunacaq.

Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru İsmayıl Vəliyev isə bildirib ki, hazırda bütün dünyada adambaşına 0,9 hektar meşə sahəsi, dünyanın ən yaşıl sahəsi hesab olunan Kanadada adambaşına 9,4 hektar, Rusiyada isə adambaşına 5,2 hektar meşə sahəsi düşür. Azərbaycanda isə bu rəqəm 0, 189 hektar meşə sahəsi təşkil edir. Bakıda isə Bakıda adambaşına 6,4 kv. metr ağac düşür. Bu göstəricinin əhalisinin sayı çox olan paytaxt üçün çox az olduğunu deyən İ. Vəliyev bildirib ki, gənclər arasında ekoloji tarazlığın qorumağa xidmət edən layihələrin keçirilməsi vacibdir.

ETSN-nın Xəzər Ekoloji Monitorinq İdarəsinin rəisi Mirsalam Qəmbərov isə bildirib ki, Azərbaycan ekoloji sahədə 20-yə yaxın beynəlxalq konvensiyaya qoşulub. Gənclərin ekoloji təmizliklə bağlı layihələrini dəstəklədiyini deyən idarə rəisi onları içməli su, bərk tullantılarının idarə olunması, meşələrin salınması, paytaxtda ağac əkilməsi kimi tədbirlərdə də yaxından iştiraka çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR