Bank Of Baku

Yaponiyanın Azərbaycandakı səfiri Ağcabədidə olub

Yaponiyanın Azərbaycandakı səfiri Ağcabədidə olub
# 05 may 2009 15:06 (UTC +04:00)
Ağcabədi. Teymur Zahidoğlu-APA. Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki Ağcabədi rayonunda səfərdə olub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, diplomat rayonun Hüsülü kəndində ölkəsinin maliyyə dəstəyi ilə tikilən kənd xəstəxanasının açılışında iştirak edib. Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla yeni tikiliyə baxış keçirən qonaq görülmüş işlərdən razı qaldığını bildirib. Ağcabədi rayon İcra Hakimiyyətinin şöbə müdiri Nazim Bünyatov APA-nın əməkdaşına bildirib ki, Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə əvvəllər rayon ərazisində yeni bir orta məktəb binası da tikilib istifadəyə verilib.
Səfir daha sonra Bərdə rayonunun Qaradəmirçi kəndinə gedib, orada artezian quyusunun açılışında iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR