Bank Of Baku

Mahmud Kərimov: “Milli Elmlər Akademiyasında islahatlar aparılması ilə bağlı YUNESKO ekspertlərinin Azərbaycana səfəri ləngiyir”

Mahmud Kərimov: “Milli Elmlər Akademiyasında islahatlar aparılması ilə bağlı YUNESKO ekspertlərinin Azərbaycana səfəri ləngiyir”
# 30 mart 2010 10:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasında islahatlar aparılması ilə bağlı YUNESKO ekspertlərinin Azərbaycana səfəri hələlik baş tutmayıb.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib. O deyib ki, ekspertlər Azərbaycana yanvar ayından gəlməli olsalar da, hələ ki, gəlməyiblər: “YUNESKO ekspertlərin fəaliyyətini maliyyələşdirməlidir. Hələ ki bu məsələ öz həllini tapmayıb. Ekspertlər təkliflərini hazırlayıblar. Amma bu təkliflər hələlik bizimlə müzakirə olunmayıb”.

M. Kərimovun sözlərinə görə, Azərbaycanda elmə maraq göstərən gənclərin sayının az olmasının bir sıra səbəbləri var: “Bu sahədə məvaciblər aşağıdır, alimlərin, xüsusilə də gənc alimlərin sosial təminat məsələləri hələ istənilən səviyyədə həll olunmur. Onların yataqxana, mənzillə təminatı, əmək haqqı, təqaüd məsələləri kompleks həllini tapandan sonra yəqin ki, elmə maraq da artacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR