Bank Of Baku

Tərtərdə mina qurbanları üçün Peşə Təlim Mərkəzi istifadəyə verilib - FOTOSESSİYA

Tərtərdə mina qurbanları üçün Peşə Təlim Mərkəzi istifadəyə verilib - <font color=red>FOTOSESSİYA</font>
# 30 mart 2010 13:30 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu-APA. Tərtərdə mina qurbanları və müharibədən zərər çəkən insanlar və onların ailə üzvləri üçün peşə təlimi mərkəzi istifadəyə verilib. Tərtər Regional Peşə Təlimi Mərkəzi ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Olunması İdarəsinin maliyyə dəstəyi əsasında Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən inşa olunub.

Beynəlxalq Avrasiya Mətbuat Fondundan APA-nın Qarabağ bürosuna verilən məlumata görə, Tərtər Regional PTM-nin inşasında əsas məqsəd müharibədən zərər çəkən insanları, onların ailə üzvlərini, mina qurbanları və təqaüdə çıxmış minaxtaranları, aztəminatlı ailələri, məcburi köçkünləri yeni iş yerləri ilə təmin etməkdən, mərkəzin məzunlarına gəlir əldə etmək üçün dayanıqlı vasitələri yaratmaqda yardımçı olmaqdan, onları cəmiyyətin bütün sahələrinə və inkişaf proseslərinə cəlb etməkdən ibarətdir. Burada təlimlərə cəlb edilən şəxslər xalçaçılıq, reklam-dizayn, mənzil-dekorasiya, çörəkbişirmə və tingçilik peşələrinə yiyələnəcəklər.

Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, ABŞ Dövlət Departamentinin nümayəndəsi Katerin Beyker, Amerikanın Azərbaycandakı səfirliyinin Hərbi Attaşesi Maykl Qantin, Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Nümayəndəsi Aqşin Əliyev, zərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin İnformasiya Departamentinin rəhbəri Murad Rəhimov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun direktoru Umud Mirzəyev iştirak edib.

Tədbirdə çıxış edən Tərtər rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev bildirib ki, Tərtər respublikada minadan ən çox zərər çəkən rayondur. Hər il burda ən azı iki nəfər dinc sakin mina partlaması nəticəsində həyatını itirir. Ən azı o qədər də adam başqa-başqa formalarda mina qurbanı olur. Mərasimdə ABŞ Dövlət Departamentinin nümayəndəsi Katerin Beykerə mina qurbanlarından birinin toxuduğu kiçik həcmli xalça hədiyyə olunub. Həmçinin, 4 aprel - Mina Təhlükəsinə qarşı Beynəlxalq Mübarizə Günü münasibətinə tərtərli mina qurbanlarının bir qisminə yardım da verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR