Bank Of Baku

Mərkəzi Aranda təsərrüfat torpaqlarının bərpasına başlanılıb

Mərkəzi Aranda təsərrüfat torpaqlarının bərpasına başlanılıb
# 30 mart 2010 15:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Mərkəzi Aranda təsərrüfat torpaqlarının bərpasına başlanması ilə əlaqədar 600 fermer təsərrüfatı səfərbər edilib.

Aqro İnformasiya Mərkəzindən (AİM) “APA-Economics”ə verilən məlumata görə, fermerlərin istifadəsində olan, səfərbərliyin əsas məqsədi fermerlərin iştirakı ilə yararsız torpaqları duzadavamlı ağaclar əkməklə yaxşılaşdırmaqdır. Yanvar ayından etibarən artıq bu istiqamətdə irimiqyaslı işlər görülüb. Qısa müddət ərzində Ağcabədi, Zərdab və Laçın Qış Yatağında 26 kənddə yerli idarəetmə orqanlarının dəstəyi ilə iclaslar keçirilib və 600 fermer sosial və təsərrüfat meşəçiliyinin mahiyyəti barədə təlimatlandırılıb. Artıq 57 təsərrüfatda 16 mindən çox duzadavamlı ağac növləri (akasiya, ağcaqayın, safora, şeytan ağacı, nar və göyrüş) əldə edilərək əkilib. Fermerləri lazımi tinglərlə təmin etmək üçün AİM artıq 5 kənddə tinglik təsərrüfatı yaradıb. Burada 150 min sərv, şam, yaşıl göyrüş, ağcaqayın və ağ akasiya tingi yetişdirilir. Yaxın 2 il ərzində tingliklərin sayının 15-ə çatdırılması nəzərdə tutulur.

AİM sosial meşəçilik aksiyaları çərçivəsində Ağcabədi, Beyləqan, Zərdab rayonu və Laçın Qış Yatağının məktəb, inzibati idarə binaları, xəstəxana və s.-in ərazilərində 8 mindən çox yaşıllaşdırma məqsədilə sərv, şam, çinar və digər növdən olan ağacların əkilməsinə nail olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR