Bank Of Baku

Azərbaycanda “Dünyanın nəbzi-2010” virtual tədbir keçirilir - FOTOSESSİYA

Azərbaycanda “Dünyanın nəbzi-2010” virtual tədbir keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 30 mart 2010 15:29 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bakıda USAİD və ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Dünyanın nəbzi-2010” adlı üçgünlük virtual tədbir keçirilir. APA-nın məlumatına görə, ABŞ prezidentinin təşəbbüsü ilə keçirilən bu tədbir dünyanın 9 ölkəsini əhatə edir. Azərbaycandan başqa bu tədbirdə Tacikistan, Hindistan, Keniya, Seneqal, İndoneziya, Mərakeş, İordaniya və Braziliyadan gənclər iştirak edirlər. Onlar üç gün ərzində onlayn rejimində müxtəlif mövzularda diskussiyalar aparacaqlar. Müzakirə olunan mövzular arasında ətraf mühitin mühafizəsi, cəmiyyətdə qadınların rolunun artırılması, vətəndaş cəmiyyətinin inkişafı kimi məsələlər var. Onlayn müzakirələrdə Azərbaycan universitetlərinin tələbələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, mübadilə proqramı çərçivəsində Bakının orta məktəblərinin yuxarı siniflərində təhsil alan amerikalı şagirdlər iştirak edirlər. Müzakirələrə Bakı ilə yanaşı Azərbaycanın digər şəhərlərindən də gənclər qatılıblar. Tədbirin açılış mərasimində çıxış edən ABŞ-ın Azərbaycanda müvəqqəti işlər vəkili Donald Lu bildirib ki, qlobal problemlər qlobal həll yolları tələb edir və ABŞ prezidenti Barak Obama tərəfdaş ölkələrlə birlikdə yeni sağlam ideyalar tapılmasını prioritet vəzifə sayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR