Bank Of Baku

Sorğu: Azərbaycanda işləyənlərin yarısı sosial sığorta haqlarını ödəyərkən gəlirlərini düzgün göstərmir

Sorğu: Azərbaycanda işləyənlərin yarısı sosial sığorta haqlarını ödəyərkən gəlirlərini düzgün göstərmir
# 31 mart 2010 09:28 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az) ictimaiyyətlə əlaqələri daha da inkişaf etdirmək məqsədi ilə «Sosial sığorta haqlarını ödəyərkən gəlirlərinizi düzgün göstərirsinizmi?» mövzusu üzrə sorğu keçirilib.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev «APA-Economics»ə bildirib ki, sorğunun nəticələrinə əsasən, respondentlərin 51,6%-i sosial sığorta haqlarını ödəyərkən gəlirlərini düzgün göstərdiyini qeyd edib. Sorğuya qatılanların 38,1%-i «Sosial sığorta haqlarını ödəyərkən gəlirlərinizi düzgün göstərirsinizmi?» sualına «xeyr», 10,3%-i isə «ehtiyac görmürəm» cavabını verib.

Sorğunun nəticələri göstərir ki, ümumilikdə respondentlərin sosial sığorta haqlarını ödəyərkən gəlirlərini düzgün göstərdiyini bildirənlərlə, ümumilikdə bunun əksini vurğulayanlar arasında fərq 3,2% təşkil edir.

DSMF rəsmisi bildirib ki, sosial sığorta «Sosial sığorta haqqında» qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Bu qanunla sahibkarlıq fəaliyyəti ilə məşğul olan, kənd təsərrüfatında yararlı torpaq pay mülkiyyətçiləri və digər qruplar üçün sosial sığorta dərəcələri ayrı-ayrılıqda müəyyən olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR