Bank Of Baku

Azərbaycanın KİV nümayəndələri Qubadakı kütləvi məzarlığı ziyarət edib

Azərbaycanın KİV nümayəndələri Qubadakı kütləvi məzarlığı ziyarət edib
# 31 mart 2010 09:50 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün bir qrup jurnalist Qubada ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində yaranan kütləvi məzarlığı ziyarət ediblər. APA-nın Qubada olan əməkdaşının verdiyi məlumata görə, müxtəlif kütləvi informasiya vasitələrini təmsil edən 20-dək jurnalist kütləvi məzarlığa gələrək soyqırım qurbanlarının xatirəsini yad edib, gül dəstələri qoyublar.

Ziyarətdə Qubadan olan millət vəkili Vahid Əhmədov, rayonun İcra Hakimiyyətinin başçısı Rauf Həbibov və yerli ictimaiyyət nümayəndələri də iştirak ediblər.

V. Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, Qubada aşkar olunan kütləvi məzarlıqda soyqırım kompleksinin ucaldılması ilə bağlı işlərə başlanıb. Onun sözlərinə görə, bunun üçün hazırda kütləvi məzarlığın yaxınlığından keçən Qudyalçayda bənd qoyma işləri aparılır: “Bu ərazi sürüşmə zonası olduğu üçün bənd qoyma işlərinin aparılması vacibdir. Yəqin ki, aprelin sonu, mayın əvvəllərində soyqırım kompleksinin inşasına başlanacaq. Ərazidə yaşayan sakinlərin köçürülməsi ilə bağlı da danışıqlar gedir. Hələlik orada yaşayan sakinlərə kompensasiyalar ödənməyib” .

Kütləvi məzarlıq ziyarət edildikdən sonra Qubadakı soyqırım abidəsinin qarşısında mitinq keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR