Bank Of Baku

Şagird və tələbələr arasında soyqırım mövzusunda keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Şagird və tələbələr arasında soyqırım mövzusunda keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 31 mart 2010 10:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Şagird və tələbələr arasında ermənilərin törətdiyi soyqırımla bağlı keçirilən respublika rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. APA-nın məlumatına görə, təqdimetmə mərasimində çıxış edən təhsil nazirin müavini Elmar Qasımov bildirib ki, müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımları və erməni vəhşilikləri haqqında daha dolğun biliklər formalaşdırmaq, onları ermənilərə qarşı barışmaz ruhda tərbiyə etməkdir.

Müsabiqədə 10 mindən çox şagird və tələbə iştirak edib. Ən yaxşı işlər seçilərək respublika turuna təqdim olunub. Respublika mərhələsinə təqdim edilmiş 400 rəsm işinə Azərbaycan Rəssamlar Akademiyasının mütəxəssisləri tərəfindən baxılıb, onlardan 250-si seçilib.

Müsabiqənin sonunda ən yaxşı rəsmlərin müəllifi olan 36 iştirakçı Təhsil Nazirliyinin diplomu və hədiyyələri ilə mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR