Bank Of Baku

Təhsil nazirinin müavini: “Neft Akademiyasında baş vermiş hadisənin ildönümü ilə bağlı xüsusi tədbirin keçirilməsi nəzərdə tutulmur”

Təhsil nazirinin müavini: “Neft Akademiyasında baş vermiş hadisənin ildönümü ilə bağlı xüsusi tədbirin keçirilməsi nəzərdə tutulmur”
# 31 mart 2010 10:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror hadisəsinin ildönümü Təhsil Nazirliyi tərəfindən qeyd edilməyəcək. APA-nın məlumatına görə, bunu təhsil nazirinin müavini Elmar Qasımov deyib. O bildirib ki, hadisə ilə bağlı xüsusi anım tədbirinin keçirilməsi nəzərdə tutulmur.

Nazir müavini əlavə edib ki, ötən bir il ərzində bütün ali məktəblərdə xüsusi növbətçilik sistemi tətbiq olunub, ali məktəblərin daxili mühafizə sistemi yaradılıb: “Daxili İşlər Nazirliyi də müəyyən müəssisələrdə mühafizə işinin təşkilinə kömək edib. Hazırda təhsil müəssisələrinin mühafizəsi normal təşkil olunub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR