Bank Of Baku

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə “Gənclər terror əleyhinə” internet aksiyası keçirilib - FOTO

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə “Gənclər terror əleyhinə” internet aksiyası keçirilib - <font color=red>FOTO</font>
# 31 mart 2010 10:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyinin təşəbbüsü, gənclər təşkilatlarının, ali və orta ixtisas təhsili müəssislərində fəaliyyət göstərən tələbə-gənclər təşkilatlarının iştirakı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə “Gənclər terror əleyhinə” internet aksiyası keçirilib. APA-nın məlumatına görə, aksiyanı giriş sözü ilə açan gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, internet aksiyaları vasitəsi ilə Avropa Şurasına, Avropa Parlamentinə, BMT-nin müxtəlif strukturlarına, nüfuzlu beynəlxalq siyasi təşkilatlara, xarici ölkələrin parlament üzvlərinə və xarici diplomatik korpuslara 1918-ci ilin martında ermənilər tərəfindən Azərbaycan ərazisində məqsədyönlü şəkildə həyata keçirilmiş kütləvi terror əməliyyatları barədə elektron poçtla minlərlə məlumatların göndərilir: “Bu aksiyalar artıq dörd ildir ki, təşkil edilir. Bu ilki aksiya şərti olaraq “Gənclər terror əleyhinə” internet aksiyası adlanır”. Nazir müavini deyib ki, aksiyaya ali məktəb tələbələri, müxtəlif gənclər təşkilatlarının üzvləri və regionlarda yaşayan gənclər qoşularaq 20000-dən çox elektron poçt ünvanına azərbaycanlıların soyqırımı haqqında məlumatlar göndəriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR