Bank Of Baku

BDU-da 31 mart - azərbaycanlıların soyqırımı günü ilə əlaqədar anım tədbiri keçirilib - FOTO

BDU-da 31 mart - azərbaycanlıların soyqırımı günü ilə əlaqədar anım tədbiri keçirilib - <font color=red>FOTO</font>
# 31 mart 2010 11:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) 31 mart – azərbaycanlıların soyqırımı gününün 92-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. APA-nın məlumatına görə, tədbirdə soyqırıma məruz qalanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov ermənilərin azərbaycanlılara qarşı 1918-ci ildə törətdikləri cinayət barədə danışıb.
Rektor bildirib ki, Azərbaycan torpaqları hesabına dövlət quran ermənilər tarixin bütün mərhələlərində azərbaycanlılara qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qalıblar.
Tarix elmləri doktoru, professor Cəmil Həsənli isə çıxışında 92 il əvvəl törədilən soyqırım faktları, illər boyu ermənilərin törətdikləri vəhşiliklərdən danışıb: “Biz şəhidlərimizi hər gün yad etməli və tarixi unutmamalıyıq”.

Daha sonra tələbələrin çıxışları dinlənilib. Tədbirdə BDU-nun müəllim və tələbə heyəti iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR