Bank Of Baku

Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Lənkəranda anım tədbirləri keçirilib - FOTO

Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Lənkəranda anım tədbirləri keçirilib - <font color=red>FOTO</font>
# 31 mart 2010 12:26 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. 31 Mart – azərbaycanlıların soyqırımı ilə əlaqədar Lənkəranda silsilə tədbirlər keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, bu gün şəhərin mərkəzində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısında mitinq keçirilib. Mitinqdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Əlimərdan Əliyev çıxış edərək, erməni daşnaklarının 1918-ci ililin mart-aprel aylarında Lənkəran qəzasında 40-dan çox yaşayış məntəqəsini yandlrmaqla yanaşı, həmçinin rayonun Gərmətük, Kərgəlan, Sutəmurdov, Girdəni, Vilvan, Osaküçə, Veravul, Mamusta və digər kəndlərində, o cümlədən şəhərin mərkəzində cinayətlər və vəhşiliklər törətdiklərini bildirib. Mitinq iştirakçıları 200 ildən artıq bir dövrdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırım siyasətini pisləyərək, erməni vəhşiliyinin heç zaman unudulmayacağını dilə gətiriblər. Mitinqdən sonra Lənkəran ŞİH-nin başçısı Tofiq İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri abidənin önünə əklillər qoyublar.

Qeyd edək ki, bu gün, həmçinin Lənkəran Dövlət Universitetində soyqırım günü ilə bağlı elmi-praktik konfrans keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR