Bank Of Baku

Bakıda məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası keçiriləcək

Bakıda məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası keçiriləcək
# 31 mart 2010 14:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Aprelin 27-dən mayın 3-dək Bakıda məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası keçiriləcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, olimpiadada MDB və Baltikyanı ölkələrin, həmçinin, azərbaycanlı şagirdlərin geniş tərkibdə iştirakı nəzərdə tutulur. Mendeleyev Olimpiadasına Bolqarıstan, Rumıniya, Makedoniya və digər bir sıra ölkələrin nümayəndələrinin də qatılacağı gözlənilir. Olimpiadanın keçirilməsi üçün Azərbaycan hökuməti tərəfindən 220 750 manat vəsaitin ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, son 10 ildə Beynəlxalq Mendeleyev Olimpiadası bir çox ölkələrdə keçirilib. Onların arasında Rusiya Federasiyası, Qazaxıstan, Moldova, Tacikistan, Ermənistan, Belorus, Özbəkistan və Türkmənistan da var. 2000-ci ildə isə 34-cü Beynəlxalq Mendeleyev olimpiadası Azərbaycanda keçirilib. Mendeleyev Olimpiadasının dəfələrlə iştirakçısı olmuş Azərbaycan məktəblilərinin də əksəriyyətinin adı qaliblər sırasındadır. Onların bir çoxu təhsillərini Moskva Dövlət Universitetində davam etdirir, bəziləri isə artıq bu nüfuzlu təhsil ocağının məzunları olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR