Bank Of Baku

Sumqayıtın mədəniyyət müəssisələrində 31 Mart soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib

Sumqayıtın mədəniyyət müəssisələrində 31 Mart soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib
# 31 mart 2010 14:55 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA. Sumqayıt şəhər mədəniyyət müəssisələrində 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı silsilə tədbirlər keçirilib.

Sumqayıt şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərindəki “Dostluq”, N.Nərimanov, C.Cabbarlı adına mədəniyyət evlərində “Tariximizin faciəli səhifəsi”, “Tarixin qanlı səhifələri”, “Tarix heç zaman silinməz” adlı ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Şəhər Mədəniyyət Evində “Tarix şəhadət verir, “Azərbaycanlıların soyqırımı günü”, “Zaman və biz” adlı disputlar təşkil olunub. Şəhər kitabxanalarında “Tariximizin qanla yazılmış səhifələri”, “Erməni vəhşilikləri tarixi sənədlərdə”, “Tarixin qanlı səhifələri”, “Bu tarixi unutma”, “Mart soyqırımı”, “Tarixin ibrətamiz dərsləri” adlı sərgilər təşkil edilib, xülasələr verilib. Həmçinin Sumqayıt Dövlət Universitetində elmi-nəzəri konfrans keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR