Bank Of Baku

Naxçıvan Müalicə-Diaqnostika Mərkəzinin həkimləri tərəfindən ilk dəfə açıq ürək əməliyyatı aparılıb

Naxçıvan Müalicə-Diaqnostika Mərkəzinin həkimləri tərəfindən ilk dəfə açıq ürək əməliyyatı aparılıb
# 02 aprel 2010 15:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Ürək-Damar Xəstəlikləri Mərkəzinin 26 nəfərlik tibbi heyəti Naxçıvan Müalicə-Diaqnostika Mərkəzində olub.

Bu barədə «APA-Economics»ə ARDNŞ-in Sosial İnkişaf İdarəsi mətbuat xidmətinin rəisi Əmrah Fəqanoğlu məlumat verib.

Muxtar respublikada açıq ürək əməliyyatları aparılması məsədilə MNX həkim heyəti aprelin 1-dən Naxçıvana ezam olunub. Heydər Əliyev Fondunun təşəbbüsü və ARDNŞ-in maliyyə dəstəyi ilə keçirilən budəfəki aksiyada 30-35 açıq ürək əməliyyatı aparılması planlaşdırılır.

ARDNŞ Sosial İnkişaf İdarəsi Səhiyyə Departamentinin rəisi Fuad Əlizadənin bildirdiyinə görə, aprelin 1-də 52 yaşlı İlqar Süleymanovun, 62 yaşlı Qeybulla Məmmədovun və 27 yaşlı Larisa Ələkbərovanın üzərində aparılan açıq ürək əməliyyatları müvəffəqiyyətlə başa çatıb. Hazırda reanimasiya şöbəsində müalicə alan hər 3 xəstənin vəziyyəti normaldır. Aprelin 2-də isə cərrahiyyə əməliyyatı masasına ilkin olaraq 33 yaşlı İntiqam Əliyev qaldırılıb. Əməliyyat ilk dəfə olaraq Naxçıvan MDM-in kardiocərrahiyyə briqadası tərəfindən müstəqil şəkildə gerçəkləşdirilib.

Qeyd edək ki, ARDNŞ tərəfindən tikilib istifadəyə verilmiş Müalicə-Diaqnostika Mərkəzlərində bu günə qədər 130-dan çox xəstə üzərində açıq ürək əməliyyatları, 500-dən xəstə üzərində angeoqrafiya müayinələri aparılıb. Hazırkı aksiyada anadangəlmə ürək qüsuru ilə doğulmuş 10-a yaxın uşaq üzərində də əməliyyat aparılacaq. İlk belə əməliyyatın icrasına aprelin 3-dən başlanacaq. Növbəti aksiyalar isə sabiq prezident Heydər Əliyevin doğum günü münasibətilə bu il mayın 5-10-da Gəncə MDM-də, daha sonra isə Şamaxı və Quba MDM-lərdə həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR