Bank Of Baku

Zərdab rayonuna yağan yağışlar ciddi problemlər yaradıb, 500-ə yaxın ev qəzalı vəziyyətə düşüb

Zərdab rayonuna yağan yağışlar ciddi problemlər yaradıb, 500-ə yaxın ev qəzalı vəziyyətə düşüb
# 02 aprel 2010 15:26 (UTC +04:00)
Zərdab İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverdi Səfərov APA-nın yerli bürosuna bildirib ki, rayonun Kür və Türyan çayları ətrafında yerləşən 25-ə yaxın kəndi və Zərdab şəhərinin 30 faizə qədər hissəsi su altında qalıb. Yağış və qrunt suları yaşayış evlərinə, ictimai binalara və kommunal evlərin zirzəmilərinə dolub. Nəticədə 500-ə yaxın ev qəzalı vəziyyətə düşüb. Məlumata görə, belə bir vəziyyətin yaranmasına 8 aydan artıq müddətdə Kürün və Türyançayın səviyyəsinin qalxması və rayonda kanalizasiya xətlərinin olmaması səbəb olub. Hazırda 50-yə yaxın su nasosunun köməyi ilə həyətlərdən su çəkilərək kollektorlara vurulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR