Bank Of Baku

Qusar rayonunda torpaq sürüşməsi baş verib

Qusar rayonunda torpaq sürüşməsi baş verib
# 03 aprel 2010 08:52 (UTC +04:00)
APA-nın şimal bürosunun xəbərinə görə, sürüşmə zonasında yerləşən 4 ev çökmək üzrədir. Belə ki, son günlər yağan yağış sürüşmə prosesini intensivləşdirib. Ötən axşamdan sürətlənən sürüşmə nəticəsində həyətyanı sahələrin torpağı 1,5 metr yerini dəyişib. Aprelin 1-dən başlayan torpaq sürüşməsi zamanı 2,7 metr uzunluğunda çökmə baş verib. Sürüşmə zonasında yerləşən 15 evin hər birində çatlar yaranıb. Mövcud təhlükəli vəziyyətlə əlaqədar mütəxəssislər sakinlərə evlərini tərk etməyi məsləhət görüb. Urva inzibati ərazi vahidliyi üzrə icra nümayəndəsi Süləddin İsgəndərovun APA-ya bildirdiyinə görə, Qusar rayon Fövqəladə Hallar Komissiyasının qərarına əsasən zərərçəkən ailələr üçün yeni mənzillər tikilənədək həmin insanlar təyin edilən binalarda məskunlaşmalıdırlar.

Qeyd edək ki, torpaq sürüşməsi ötən il ərzində 8 hektara qədər ərazini əhatə edib. Mütəxəssislər sürüşmə zonasındakı bütün evlərin çökəcəyini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR