Bank Of Baku

Səbail rayonunda “Ekologiya ili” çərçivəsində iməcilik keçirilib

Səbail rayonunda “Ekologiya ili” çərçivəsində iməcilik keçirilib
# 03 aprel 2010 09:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Səbail rayonunda “Ekologiya ili” çərçivəsində bir sıra tədbirlər həyata keçirilib. Səbail rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri İsrafil Kərimovun APA-ya verdiyi məlumata görə, “Ekologiya ili” çərçivəsində rayon icra hakimiyyəti tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq yaşıllıq işlərinin aparılması nəzərdə tutulan ərazilər müəyyənləşdirilib, ərazilər idarə, təşkilat və təhsil müəssisələri arasında bölünüb. Ötən ilin noyabrından bu günə qədər hər həftə keçirilən iməciliklər zamanı Səbail rayonunda 25 minə yaxın ağac əkilib.

Uzun illərdən bəri neftlə çirklənmiş Bibiheybət buxtasının torpaqlarının təmizlənməsi və burada pozulan ekoloji tarazlığın bərpası üçün isə “Bibiheybətneft” NQÇİ-nin ərazisində 216 hektar yer rekultivasiya olunub, payız mövsümündə 15 min, ümumilikdə isə 60 minə yaxın ağac əkilib.

Aprelin ilk şənbə günü yeni ağacların əkilməsi, əvvəl əkilən ağaclara qulluq olunması və ərazinin abadlaşdırılması məqsədi ilə Səbail rayonunda növbəti iməcilik keçirilib. Bu aksiya rayonun sürüşməyə meylli ərazisi olan Bayıl yamacı, Şıx çimərliyi zonasındakı “Dostluq parkı”, Bibiheybət və Badamdar qəsəbələrinin əsas magistral yol kənarlarını əhatə edib. 600-dən artıq insanın iştirak etdiyi iməcilikdə 1.500 ədəd “Eldar şamı”, kiparis, zeytun və digər növ ağaclar əkilib, əvvəl əkilən 1.000 ağaca qulluq göstərilib.

Bayıl yamacı və “Dostluq parkı” ilə yanaşı paytaxtımızdan cənub-qərb istiqamətində əsas çıxışda olan Qurban Abbasov və Mikayıl Useynov küçələrindəki ərazidə təmizlik-abadlıq işləri aparılıb.

İ. Kərimov mövsüm ərzində Səbail rayonunda ərazinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdiriləcəyini də deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR