Bank Of Baku

Gəncədə keçirilən ağac əkmə kampaniyasında 7 minədək ağac əkilib

Gəncədə keçirilən ağac əkmə kampaniyasında 7 minədək ağac əkilib
# 03 aprel 2010 09:48 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Bu gün Gəncənin Heydər Əliyev parkında kütləvi ağacəkmə kampaniyası keçirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, kampaniyaya idarə və müəssisə kollektivləri ilə birgə şəhər sakinləri də qatılıb. Ağacəkmə kampaniyası çərçivəsində parkın bir neçə hektar boş hissəsi tullantılardan təmizlənib və buraya 7 minə yaxın sərv, Eldar şamı və digər ağac növləri əkilib.

Qeyd edək ki, yazın gəlişi ilə əlaqədar Gəncə şəhərinin müxtəlif park və xiyabanlarında yeni ağacların əkilməsi və qurumuş ağacların yenisi ilə əvəz edilməsi işləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR