Bank Of Baku

«Gənclər Klubu» İctimai Birliyi Amerika Günlərinə yekun vurub

«Gənclər Klubu» İctimai Birliyi Amerika Günlərinə yekun vurub
# 03 aprel 2010 10:06 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. «Gənclər Klubu» İctimai Birliyi bu gün Amerika Günlərinə yekun vurub. APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Dillər Universitetinin həyətində “piknik” keçirilib. İctimai Birliyi beynəlxalq əlaqələr departamentinin rəhbəri Aytac İmanova bildirib ki, layihə çərçivəsində 8 ölkənin günlərinin keçirilməsi nəzərdə tutulub: «Biz Norveç, Fransa, İsrail Günlərini artıq keçirmişik, bu gün ABŞ Günlərinə yekun vururuq, gələcəkdə Almaniya, Böyük Britaniya, Türkiyə və Polşa Günlərini keçirəcəyik”.

Tədbirdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı Frend Mayer deyib ki, piknik keçirməyin əsas ideyası ondan ibarətdir ki, azərbaycanlı qonaqlar Amerika qonaqlığının necə keçirildiyi ilə əyani tanış olsun. Daha sonra tələbələrin ifasında Azərbaycan və xarici musiqi nömrələri ifa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR