Bank Of Baku

Lənkəranda 3000-dək ağac əkilib

Lənkəranda 3000-dək ağac əkilib
# 03 aprel 2010 12:40 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəranda növbəti ağacəkmə kampaniyası keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının şöbə müdiri Əlimərdan Əliyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, 2010-cu ilin “Ekologiya ili” elan etməsi ilə bağlı keçirilən aksiyada rayon ictimaiyyətinin bütün təbəqələri fəallıq göstəriblər. Rayonun magistral yollarının kənarlarında, şəhərin Heydər Əliyev prospekti ərazisində, beynəlxalaq hava limanının və Meyvə - tərəvəz konserv Zavodunun qarşısında 3 minə qədər ağac və bəzək kolları, o cümlədən Lənkəran akasiyası, dəmirağacı, Eldar şamı, yapon əzgili, sərv, müxtəlif dekorativ ağac və gül kolları əkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR