Bank Of Baku

Səhiyyə Nazirliyi geniş kollegiya iclası keçirib

Səhiyyə Nazirliyi geniş kollegiya iclası keçirib
# 05 aprel 2010 07:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Səhiyyə Nazirliyi Həkimlərin Təkmilləşdirilməsi İnstitutunda hamilə, yeni doğan qadınlar və zahılara ixtisaslaşdırılmış yardımın təkmilləşdirilməsi məsələlərinə həsr edilmiş geniş kollegiya iclası keçirib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda son kvartal ərzində doğuşa yardım işinin təşkili, görülmüş işlər, mövcud nöqsanlar və onların aradan qaldırılması üçün görüləcək tədbirlər müzakirə edilib.

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Soltan Əliyev son illər keçirilən tədbirlər nəticəsində doğuşa yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir tibb avadanlığı və cihazlarla təchizatı, dərman preparatlarının yaxşılaşdırılması nəticəsində ölkədə doğuşa yardım işinin təşkilinin yaxşılaşdırıldığını, lakin bəzi nöqsanların olduğunu da bildirib.

İclasın sonunda səhiyyə naziri Oqtay Şirəliyev doğuşa yardım işinin yüksək səviyyədə təşkili, tibb müəssisələrində sanitar-gigiyenik qaydalara ciddi riayət olunması ilə bağlı tapşırıqlar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR