Bank Of Baku

Bakıda beynəlxalq təhsil sərgisi açılacaq

Bakıda  beynəlxalq təhsil sərgisi açılacaq
# 05 aprel 2010 08:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Aprelin 6-da Bakıda “Beynəlxalq Təhsil Sərgisi - 2010” açılacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təhsil sərgisinin təşkilində məqsəd tələbələrin bir sıra nüfuzlu xarici universitetlərlə tanışlığı, yerli universitetlərlə əməkdaşlıq əlaqələrinin qurulması, səfərlərin təşkili və məlumatverici təqdimatların həyata keçirilməsidir.

Sərgidə Böyük Britaniya, ABŞ, İsveçrə və Türkiyənin ən nüfuzlu universitetləri və bir sıra beynəlxalq təşkilatlar iştirak edəcək. Sərgi iştirakçıları universitetlər haqda ümumi məlumatla tanış olmaq, universitetlərə müraciət formaları və müddətləri, ərizələrin doldurulması qaydaları, müxtəlif pillələr üzrə təhsil formaları, bakalavr, magistr proqramları, eləcə də dil kursları haqda geniş məlumat almaq imkanı qazanacaqlar.

Tədbirə təxminən 3000-4000 tələbənin gəlməsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR