Bank Of Baku

Azərbaycan ərazisində hava, əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq

Azərbaycan ərazisində hava, əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
# 05 aprel 2010 09:08 (UTC +04:00)
Şimal küləyi günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 13-16, axşam 7-9 dərəcə isti olacaq.

Aprelin 6-da havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8 dərəcə, gündüz 13-16 dərəcə isti olacaq.

Aprelin 7-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək. Gecə 5-7, gündüz 13-16 dərəcə isti olacaq.

Aprelin 8-də havanın buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi əsəcək. Gecə 6-8, gündüz 15-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında aprelin 6-da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacağı, lakin şərq rayonlarında çiskinli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9 dərəcə, gündüz 15-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacaq.

Aprelin 7-8-də havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman olacağı, lakin aprelin 8-də axşam bəzi qərb rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10 dərəcə, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 1-5 dərəcə, gündüz 12-15 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR