Bank Of Baku

Salyanda evləri qrunt suları basıb - FOTO

Salyanda evləri qrunt suları basıb - <font color=red>FOTO</font>
# 05 aprel 2010 11:05 (UTC +04:00)
Salyan. Əlibәy Zeynallı-APA. Salyan rayonunda Kür çayının səviyyəsinin qalxması nəticəsində evləri qrunt suları basıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, həyətlərdə qrunt suları çoxalıb. FHN-in mülkü müdafiə qoşunlarının şəxsi heyəti həyətlərdən qrunt sularının təmizlənməsi üçün nasoslar quraşdıraraq tədbirlər həyata keçirir. Rayona dünən yağan yağışlar da əlavə problemlər yaradıb. Bəzi evlərdə qəzalı vəziyyət yaranıb. Hal-hazırda FHN-nin regional idarəsinin əməkdaşları qəzalı evləri müəyyənləşdirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR