Bank Of Baku

Şəmsəddin Hacıyev: “Misir Mərdanov meydanda tək deyil”

Şəmsəddin Hacıyev: “Misir Mərdanov meydanda tək deyil”
# 05 aprel 2010 14:05 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Misir Mərdanov meydanda tək deyil. Təhsil sahəsində olan problemlərə görə təkcə Misir Mərdanov yox, bütün müəllimlər, rektorlar, nazirin ətrafında olan şöbə müdirləri, valideynlər - demək olar ki, biz hamımız məsuliyyət daşıyırıq. Azərbaycan prezidenti təhsili ən prioritet sahələrdən biri elan edib. Ölkə başçısı təhsilin inkişafı üçün nə mümkündürsə, strategiyadan tutmuş maliyyəyə qədər, heç nəyi əsirgəməyib. Biz sadəcə olaraq o vəzifələri yerinə yetirməyə borcluyuq. Bu, bizim həm vəzifə, həm də vicdan borcumuzdur”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Elm və təhsil komitəsinin sədri, Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev deyib.

Komitə sədri hərənin öz sahəsində tutduğu posta uyğun olaraq məsuliyyət daşıdığını, bu məsuliyyəti bölüşdüyünü bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycan cəmiyyətinin ictimai-siyasi həyatının bütün sahələrində proqressiv dəyişikliklər gedir: “Nəticələr göz qabağındadır. Bu sırada təhsil sferası o qədər də geri qalmır. Təhsildə daha çevik, sürətli dəyişikliklər baş verir. Bunu bir adamın adına yazmaq olmaz. Bu, bütövlükdə yürüdülən siyasətlə bağlıdır. Təkcə Heydər Əliyev Fondunun təhsil sahəsindəki xidmətlərini qeyd etmək yetər ki, ölkədə bu sahəyə diqqətin hansı səviyyədə olduğunu görəsən”.

Ş. Hacıyev qeyd edib ki, hazırda təhsil sahəsində ən müasir tələblərə cavab verən qanunvericilik bazasının yaradılması prosesi gedir: “”Təhsil haqqında” qanunun qəbul olunması buna bariz misaldır. Bu qanun qəbul edildikdən sonra ölkənin təhsil sistemində böyük dəyişikliklər başlayıb. “Təhsil haqında” qanun layihəsi çox gözəl rəqabət mühiti yaradıb. Biz bu istiqamətdə fəaliyyətimizi qətiyyən dayandırmaq və ləngitmək fikrində deyilik. Artıq işçi qrupları səviyyəsində “Ümumi orta təhsil haqqında” qanun layihəsi işlənilir. “Elm haqqında” qanun layihəsi də hazırdır. Biz bu sənədi gələn həftə komitənin müzakirəsinə çıxarmaq əzmindəyik. Apreldə bu sənədin parlamentdə qəbul olunması mümkündür. “Ali təhsil haqqında” qanun layihəsi üzərində də ciddi iş gedir. “Elm haqında” qanun layihəsi mürəkkəbdir, ancaq “Ali təhsil haqında” qanun layihəsi qısa müddətdə qəbul oluna bilər. Təhsil sahəsi ilə bağlı əsas məsələlər “Təhsil haqqında” qanunda öz əksini tapıb” .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR