Bank Of Baku

Azərbaycan Ermənistandakı müəssisələrdə əmək xəsarəti alan qaçqın statuslu zərərçəkənlərə kompensasiya ödəyəcək

Azərbaycan Ermənistandakı müəssisələrdə əmək xəsarəti alan qaçqın statuslu zərərçəkənlərə kompensasiya ödəyəcək
# 05 aprel 2010 14:19 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Hökumətin qərarı ilə aylıq kompensasiyanın təyin edilməsi və ödənilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Qaydalar 2010-cu il yanvarın 1-dən Ermənistanın müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş, dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə, ləğv edilmiş kolxoz və sovxozlarda dəymiş zərərə görə ödənc almaq hüququ olan zərərçəkənlərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə şamil olunur. Bu şəxslərə verilən kompensasiyanın məbləği 2010-cu il 1 yanvar vəziyyətinə təyin olunmuş aylıq ödənc məbləğindədir.

Aylıq kompensasiya 2010-cu il yanvarın 1-dən etibarən nəzərdə tutulan şəxslərə onların müraciətləri əsasında təyin edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR